Azərbaycan Özbəkistanla hərbi əməkdaşlığı müzakirə etdi - FOTO

Fevralın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, səfiri salamlayan Müdafiə naziri bildirib ki, ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub.

Nazir qeyd edib ki, bütün sahələrdə olduğu kimi müdafiə sahəsində də əlaqələrimiz ölkələrimizin maraqlarına uyğun uğurla inkişaf edir.

General-polkovnik Z.Həsənov səfirə ordu quruculuğu sahəsində keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə də məlumat verib.

Diplomat öz növbəsində Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Səfir qeyd edib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər zaman ölkəmizə bütün məsələlərdə dəstək göstərib.

Özbəkistanın Azərbaycan ilə birgə hərbi təlim və treninqlərin keçirilməsində maraqlı olduğunu qeyd edən səfir Özbəkistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Azərbaycanın hərbi təhsil müəssisələrində təcrübə mübadiləsinin aparılmasının vacibliyini də vurğulayıb.

Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı bir sıra digər məsələlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emrah kirayədən aylıq 10 milyon qazanır

Emrah kirayədən aylıq 10 milyon qazanır

İyunun 28-nə qədər... 3 BÜRCƏ ŞAD XƏBƏR

İyunun 28-nə qədər... 3 BÜRCƏ ŞAD XƏBƏR

Tənha qadınlar pensiyaya daha tez çıxsın - TƏKLİF

Tənha qadınlar pensiyaya daha tez çıxsın - TƏKLİF

Gündə bir sarımsaq udulsa, orqanizmdə nə baş verər?

Gündə bir sarımsaq udulsa, orqanizmdə nə baş verər?

Konqoda Ebola həyəcanı: Yoluxanların sayı 1000-i keçdi

Konqoda Ebola həyəcanı: Yoluxanların sayı 1000-i keçdi

Polşa Prezidenti sabah Türkiyəyə gedir - FOTO

Polşa Prezidenti sabah Türkiyəyə gedir - FOTO

İstədiyi qıza görə öldürülən 35 yaşlı şəxsin anasından AÇIQLAMA - VİDEO

İstədiyi qıza görə öldürülən 35 yaşlı şəxsin anasından AÇIQLAMA - VİDEO

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları

Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları

Müəllimlərin işə qəbulunda magistrlərə üstünlük verilir? – Nazirdən CAVAB

Müəllimlərin işə qəbulunda magistrlərə üstünlük verilir? – Nazirdən CAVAB

Hacı Şahinin oğlu məzun oldu - FOTO

Hacı Şahinin oğlu məzun oldu - FOTO

Şakiranı öpüşə qərq etdi - FOTO

Şakiranı öpüşə qərq etdi - FOTO

Starmeri istefaya məcbur edən əsas amillər MƏLUM OLDU

Starmeri istefaya məcbur edən əsas amillər MƏLUM OLDU

Bu həftə BÜRCLƏRİ nə gözləyir

Bu həftə BÜRCLƏRİ nə gözləyir

Vens Hörmüz boğazının hansı yolla açıq qalacağından DANIŞDI

Vens Hörmüz boğazının hansı yolla açıq qalacağından DANIŞDI

Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir

Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir

“Qalatasaray” 125 milyonluq təklifi qəbul etmədi

“Qalatasaray” 125 milyonluq təklifi qəbul etmədi

“İran buna razı olacaq” – Tramp

“İran buna razı olacaq” – Tramp

Almaniyalı futbolçu üçün dünya çempionatı başa çatdı

Almaniyalı futbolçu üçün dünya çempionatı başa çatdı

Qəbələdə maraqlı görüş: Kəmaləddin Heydərov məşhur ərəblərlə - VİDEO

Qəbələdə maraqlı görüş: Kəmaləddin Heydərov məşhur ərəblərlə - VİDEO

Messi Klozeni geridə qoyub bombardir oldu

Messi Klozeni geridə qoyub bombardir oldu

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə PUA ilə HÜCUM EDİLDİ

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə PUA ilə HÜCUM EDİLDİ

Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - VİDEO

Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - VİDEO

Respublika Psixiatriya Xəstəxanasında ÖLÜM HADİSƏSİ

Respublika Psixiatriya Xəstəxanasında ÖLÜM HADİSƏSİ

End of content

No more pages to load

RADİO