Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

Bu ilin III rübündə Azərbaycanda istehlak kreditləri, o cümlədən kredit (taksit) kartları üzrə standartlarda sərtləşmə müşahidə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.

Sorğu nəticələrinə əsasən, banklar əməkhaqqı kreditləri üzrə standartlarda yumşalma olduğunu bildiriblər. Respondent banklar cari ilin IV rübündə əməkhaqqı kreditləri üzrə yumşalmanın davam edəcəyini, kredit kartları üzrə standartlarda isə heç bir dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Faiz dərəcələrinin artımı fonunda ümumi istehlak kreditlərinə olan tələbin cüzi azaldığı qeyd olunur. Respondentlərin cavablarına görə, bu azalma əsasən kredit kartları hesabına baş verib.

Bununla belə, banklar 2024-cü ilin IV rübündə ümumi istehlak kreditlərinə, xüsusən də kredit kartlarına olan tələbdə artım gözləyirlər.

Sorğunun nəticələrinə görə, istehlak kreditləri üzrə bankların likvidlik mövqeyi və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir göstərib. Standartlardakı dəyişikliklər əsasən faiz dərəcələrinin artması ilə əlaqələndirilib.
 
III rübün nəticələrinə əsasən, respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta səviyyədə artım müşahidə etdiklərini bildiriblər. Cari ilin əvvəlki rübü ilə müqayisədə III rübdə əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksində heç bir dəyişiklik qeydə alınmayıb.

Qeyd edək ki, 2023-cü ilin noyabrın 1-nə qədər kredit kartları ilə ümumilikdə 822 milyon manat dəyərində 13,959 milyon əməliyyat aparılıb. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36,1 % və 26,1 % artıb.

Bizim.Media Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə yaşlı qadını maşın vurdu

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

End of content

No more pages to load

RADİO