Ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərinə atıb. Vəkil iddia edib ki, Bob Menendes evində gizlədilən qızıl külçələr haqqında heç nə bilməyib. O, məhkəmədə bu iddia üzərində israr edərək, siyasətçinin həyat yoldaşını müvəkkilinin xəbəri olmadan birlikdə yaşadıqları evlərində “var-dövləti gizlətməkdə” ittiham edib.

Bizim.Media oxu.az saytına istinadən xəbər verir ki, rüsvayçılıqla üzləşən senatorun vəkili Manhetten Federal Məhkəməsində çıxışı zamanı bildirib ki, Menendesin arvadı Nadin Arslanyan ərinə tələ qurub.

Prokurorların iddia etdiyi kimi, Menendes öz nüfuzundan xarici iş adamlarının maraqları naminə istifadə etmək müqabilində qızıl külçələr, habelə yüzminlərlə dollar nağd pul və “Mercedes” markalı kabriolet rüşvət alıb, arvadı isə bu işdə onunla əlbir olub.

“Qızıl külçələr haradan tapıldı? Qızıl külçələr kilidli şkafda tapıldı. Bu, Nadinin şkafıdır”, - deyə Menendesin vəkili Avi Vaysman qeyd edib.

O, şkafın fotolarını nümayiş etdirib və şkafın Nadinin paltarları ilə dolu olduğunu söyləyib.

“Senator qızıl külçələrin orada olduğunu bilmirdi”, - deyən Vaysman andlılar məhkəməsinin üzvlərində Nadin haqqında “məkrli həyat yoldaşı” təəssüratı yaratmaq istəyib.

Xatırladaq ki, 2022-ci ilin iyununda cütlüyün Nyu-Cersi ştatında yerləşən Enqlvud-Kliffsdəki evinə basqın zamanı təhlükəsizlik qüvvələri dəyəri 150 min dollardan çox olan 13 qızıl külçə və təxminən 500 min dollar məbləğində nağd pul tapıblar. İttiham tərəfinin fikrincə, bütün bu vəsaitlər 2018-ci ildə, Bob və Nadinin yenicə görüşməyə başladıqları vaxtlarda başlayan korrupsiya sxeminin “bəhrələridir”.

“O, güclü idi. Həm də korrupsioner idi. Və onun qiyməti nə idi? Qızıl külçələr. Menendes öz tamahını təmin etmək və arvadını xoşbəxt etmək üçün vəzifəsindən sui-istifadə edib”, - deyə ittiham tərəfi bildirib.

İttiham tərəfi hesab edir ki, Menendes ehtiyatlı olub və heç vaxt rüşvətalma sxemini həyat yoldaşı ilə yazılı şəkildə müzakirə etməyib. Əksinə, rüşvət verən insanlara mesaj göndərmək və onlardan mesaj almaq üçün məqsədyönlü şəkildə Nadindən istifadə edib.

Bob Menendesin həyat yoldaşı məhkəməyə gəlməyib, onun işi üzrə proses iyunda keçiriləcək.

Federal hakimiyyət orqanları iddia edirlər ki, Menendes, həmçinin, ipoteka üzrə ödənişlər və evin təmiri üçün xərcləri də rüşvət qismində qəbul edib. Bu, ona qarşı federal korrupsiya ittihamının irəli sürüldüyü ilk hal deyil.

2015-ci ildə Menendes Florida ştatının göz cərrahı Salomon Melgendən hədiyyələr almaqda ittiham olunub. “Hədiyyələr” sırasına Parisdə tətillər, şəxsi təyyarə ilə uçuşlar və Melgenin Dominikan Respublikasındakı villasında istirahət də daxil olub. Əgər senatora bütün maddələr üzrə ittiham irəli sürülərsə, onu 45 ilə qədər həbs gözləyir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Zibil torbalarını xatırladan divan - FOTO

Zibil torbalarını xatırladan divan - FOTO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

End of content

No more pages to load

RADİO