Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda Türkiyə və ABŞ Yüksək Səviyyəli Müdafiə Toplantısı keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Müsbət və konstruktiv şəraitdə keçən görüş zamanı ikitərəfli müdafiə sənayesi əməkdaşlığı ilə yanaşı beynəlxalq və regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
Bizim.Media