İllik xərci 15 milyon dollardır – Görənləri heyran qoyan “ÜZƏN SARAY” – VİDEO

Dünyanın ən böyük 38-ci superyaxtası olan, 150 milyon dollar dəyərindəki 124 metrlik "Golden Odyssey" Muğlanın Bodrum rayonunda, Qaraada (Karaada) sahillərində lövbər salıb.

Bizim.Media İHA-ya istinadla xəbər verir ki, nəhəng ölçüləri ilə diqqət çəkən yaxta Bodrum sahillərində yerli sakinlərin və xarici turistlərin marağına səbəb olub.

Qeyd edək ki, Bermuda bayrağı altında üzən 124 metr uzunluğundakı "Golden Odyssey" 2015-ci ildə Almaniyanın Bremen şəhərindəki məşhur "Lürssen" tərsanəsində inşa edilib.

Polat gövdəyə və alüminium üst quruluşa sahib olan superyaxta dəniz üzərindəki lüks həyatın ən mükəmməl nümunələrindən biri hesab olunur.

Dünyanın ən böyük yaxtaları sıralamasında 38-ci yerdə qərarlaşan bu gəmidə nəhəng üzmə hovuzu, helikopter meydançası, "beach club" sahəsi, lift, idman zalı, sağlamlıq mərkəzi, gözəllik salonu, SPA və sauna kimi bir çox özəl sahələr mövcuddur.
 
İllik texniki saxlama və istismar xərcləri təxminən 15 milyon dollar olan lüks yaxta 16 xüsusi kabində 32-dən 36-yadək qonaq qəbul etmək imkanına malikdir və burada 60-dan çox heyət üzvü xidmət göstərir.

Məlumata görə, yaxta vaxtilə Səudiyyə Ərəbistanının müdafiə nazirinin keçmiş müavini, Şahzadə Xalid bin Sultan əl-Səuda məxsus olub. Lakin şahzadənin maliyyə çətinlikləri və kredit borcları səbəbindən yaxta Maltada hərraca çıxarılaraq məcburi şəkildə satılıb. Onun yeni sahibi isə mərkəzi Britaniya Virgin Adalarında yerləşən "East Thrive Peace Limited" şirkəti vasitəsilə adı açıqlanmayan çinli bir milyarder olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

Bakıda ağaclarda dərmanlama işləri aparılır – FOTO

Bakıda II “Türkman irsi” Forumu – Türk Dünyasına ortaq gələcək mesajı – VİDEO

İlham Əliyevdən "Türk Dünyası Həftəsi"nin iştirakçılarına MÜRACİƏT

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə HÖKM OXUNDU

Azərbaycanlı həkim beynəlxalq seminarda birinci oldu – FOTO

Baş nazirdən ərzaqlıq buğdanın qiyməti ilə bağlı SƏRƏNCAM

Bakıda "Türk Dünyası Həftəsi" BAŞLADI

Bakıda "Türk Dünyası Həftəsi" BAŞLADI

İsrailin qondarma "erməni soyqırımı" ilə bağlı qərarına rəsmi Bakıdan REAKSİYA

Çay sahilində çətənə kolu yetişdirdi, tutuldu - Qaxda meşəlik ərazidə ƏMƏLİYYAT – ANBAAN VİDEO

Rusiyadan sonra Çinə SƏFƏR ETDİ – Nə baş verir? – VİDEO

Polis Saatlıda əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Rusiyadan Sumı və Zaporojyeye RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Şəmkirdə evdə qadın meyiti TAPILDI

Şəmkirdə evdə qadın meyiti TAPILDI

İllik xərci 15 milyon dollardır – Görənləri heyran qoyan “ÜZƏN SARAY” – VİDEO

İllik xərci 15 milyon dollardır – Görənləri heyran qoyan “ÜZƏN SARAY” – VİDEO

Qızıl və gümüş UCUZLAŞIR

Qızıl və gümüş UCUZLAŞIR

Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...

Qafqazın ilk rəsmi “Apple Shop”u “Kontakt”da fəaliyyətə başladı – APPLE EKOSİSTEMİ BİR MƏKANDA

Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi

Əraqçidən körfəz ölkələrinə gözlənilməz MESAJ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Aparat rəhbəri ölkədə fəaliyyət göstərən hakimlərin sayını açıqladı

End of content

No more pages to load

RADİO