Şəmkirdə naməlum şəraitdə ölən qadın meyiti aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində baş verib.
Kənd sakini, 1957-ci il təvəllüdlü X. Gözəlovanın meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 69 yaşlı qadının hansı şəraitdə dünyasını dəyişməsi məlum deyil.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu