Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ümumtəhsil müəssisələrinin müəllimlərinə həsr olunmuş Xeyirxahlıq Festivalı keçirilib.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “ThinkIn” təşkilatının əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə ölkənin 290 ümumtəhsil müəssisəsindən 1000-ə yaxın müəllim iştirak edib.

Bizim.Media xəbər verir ki, Mərkəzi Nəbatat Bağında açıq hava formatında təşkil olunmuş festivalda Leyla Əliyeva və Alona Əliyeva da iştirak ediblər.

Leyla Əliyeva və Alona Əliyeva festival ərazisində yaradılmış müxtəlif fəaliyyət zonaları ilə tanış olub, milli zona, sənət emalatxanaları, yoqa və meditasiya sessiyaları, əl işləri yarmarkası və digər interaktiv məkanlarda iştirakçılarla səmimi söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib və məktəblilərin hazırladığı yaradıcı çıxışları izləyiblər. Onlara müxtəlif əl işlərindən ibarət hədiyyələr təqdim olunub.
 

Tədbirin rəsmi hissəsində çıxış edən Leyla Əliyeva festivalın hər kəsə gözəl və müsbət hisslər bəxş edəcəyinə inandığını bildirib. Leyla Əliyeva vurğulayıb ki, hər bir uşaq bir möcüzə, bir xəzinədir.


Biz bunu nə qədər tez aşkar etsək, onların istedadları bir o qədər tez üzə çıxacaq. Müəllimlərin, valideynlərin və ümumilikdə böyüklərin uşaqları daha yaxşı anlamasının əhəmiyyətini qeyd edən Leyla Əliyeva mehribanlığın ən böyük xoşbəxtlik olduğunu bildirib.

Sonra Leyla Əliyeva müəllimlərə gördükləri məsuliyyətli işə görə minnətdarlığını ifadə edib.

Tədbir çərçivəsində keçirilən panel müzakirəsində ümumtəhsil müəssisələrində xeyirxahlıq, mərhəmət, qarşılıqlı hörmət və empatiya kimi dəyərlərin təşviqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova və ADA Universitetinin prorektoru Vəfa Kazdal bu xüsusda müəllimlərin gələcək nəsillərin və bütövlükdə cəmiyyətin inkişafında oynadığı mühüm rolu xüsusi olaraq vurğulayıblar.

Daha sonra festival çərçivəsində keçirilən “Xeyirxahlıq Marafonu”nun qaliblərinin mükafatlandırma mərasimi olub.

Məktəblər arasında xeyirxahlıq mövzusunda hazırlanmış ən yaradıcı sosial media məzmunları müxtəlif nominasiyalar üzrə qiymətləndirilib, 55, 244, 83, 156, 185, 45, 277, 144, 211, 300 və 165 nömrəli məktəblər “Ən səmimi təşəkkür”, “Xeyirxah əməllər mükafatı”, “Ən yaxşı ekoloji təşəbbüs” və digər nominasiyalar üzrə qalib elan olunublar. Marafon məktəblərdə xeyirxahlıq, minnətdarlıq, yaradıcılıq və həmrəyliyin gündəlik davranış mədəniyyətinə çevrilməsini təşviq etmək məqsədilə keçirilib.

Yüksək əhval-ruhiyyə şəraitində keçən festival geniş konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, Xeyirxahlıq Festivalının əsas məqsədi cəmiyyətin müəllimlərə olan dərin hörmət və minnətdarlığını ifadə etmək, məktəblərdə xeyirxahlıq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan sağlam təhsil mühitini təşviq etmək, empatiya və mənəvi dəyərlər üzərində qurulan təhsil mədəniyyətinin inkişafına töhfə vermək, eləcə də xeyirxahlığın təhsil sistemində və cəmiyyətin inkişafındakı mühüm rolunu nümayiş etdirməkdən ibarət olub.

Tədbir çərçivəsində keçirilən əl işləri yarmarkasında 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, “Birgə və Sağlam” Autizm Mərkəzi, Zəka Yolu İnkişaf Mərkəzi, “İZ Community”, “Kashalata” və digər təşkilatların nümayəndələrinin hazırladıqları məhsullar tədbir iştirakçılarına təqdim olunub.


































































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

End of content

No more pages to load

RADİO