Qafqazın ilk rəsmi “Apple Shop”u “Kontakt”da fəaliyyətə başladı – APPLE EKOSİSTEMİ BİR MƏKANDA

Hər zaman texnoloji yenilikləri ölkəmizə gətirən “Kontakt” mağazalar şəbəkəsi bu dəfə regional bir ilkə imza atdı. Şəbəkə bu gün təntənəli açılış tədbiri ilə Qafqaz regionunun ilk rəsmi “Apple Shop”unu istifadəyə verdi. 

Açılış tədbiri texnologiya həvəskarlarının, media nümayəndələrinin və tanınmış bloqerlərin böyük marağı ilə qarşılanıb. Çünki şəbəkənin “İnşaatçılar” mağazasında qurulan bu xüsusi konsepti adi satış nöqtələrindən tamamilə fərqlənir. Burada “Apple” məhsulları ayrı-ayrı cihazlar kimi deyil, vahid bir ekosistemdə təqdim edilir.

Ölkədə bir ilk olan bu konsept çərçivəsində ziyarətçilər məhsullarının bir-biri ilə necə inteqrasiya olunduğunu və sinxron işlədiyini tam real mühitdə sınaqdan keçirə bilirlər. Bu innovativ məkanda birbaşa brend tərəfindən qlobal təlim keçmiş rəsmi ekspertlər xidmət göstərir ki, bu da alış-veriş zamanı yaranan bütün suallara və ehtiyaclara yerindəcə cavab tapmağa kömək edir.

Açılış münasibətilə “Kontakt” müştəriləri üçün xüsusi bir fürsət də yaradıb. Belə ki, bu gündən iyunun 28-dək şəbəkənin “İnşaatçılar” mağazasında bütün “Apple” məhsullarını 12 aylıq müddətə faizsiz, komissiyasız və ilkin ödənişsiz şərtlərlə əldə etmək mümkündür.

Tədbir çərçivəsində həm də “Apple” ekosisteminə həsr olunmuş xüsusi vörkşop keçirilib, iştirakçılara yeni zonanın imkanları barədə ətraflı məlumat verilib. Ziyarətçilər üçün isə günün ən yaddaqalan məqamlarından biri populyar müğənni Nigar Camalın canlı çıxışı olub. Tədbirin sonunda isə ziyarətçilər arasından bir nəfər 500 AZN dəyərində hədiyyə kartı qazanıb.

Xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanda “Apple” brendinin rəsmi satış mərkəzidir və burada təqdim olunan bütün məhsullar qlobal zəmanət və orijinallıq təminatı ilə müştərilərə təqdim edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

End of content

No more pages to load

RADİO