Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi

Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir, gənclərin innovativ ideyalarını real həllərə çevirmək məqsədilə həyata keçirdiyi “Spark Tələbə İnnovasiya Proqramı”nı uğurla yekunlaşdırıb.

Beş ay davam edən proqramın final mərhələsində 9 komanda öz məhsul və həllərini münsiflər heyətinə təqdim edib.

Finala qədər iştirakçılar Bir ekosisteminin məhsul sahiblərindən mentorluq dəstəyi alıb və fərqli mövzularda təlimlər keçiblər.

Bir ekosisteminin yerli innovasiya laboratoriyası Future Lab-da təşkil olunan finalda münsiflərin qiymətləndirməsinə əsasən, ən innovativ həllər təklif edən üç komanda qalib adını qazanaraq pul mükafatları ilə təltif olunublar. Birinci yerə “KəndYol” komandası (4000 AZN), ikinci yerə “AEVIC Esports” komandası (2000 AZN), üçüncü yerə isə “Booker” komandası (1000 AZN) layiq görülüb.
 

İlk yerin qalibi olan “KəndYol” aqrar sahədə istehsalçılar və istehlakçılar arasında əlaqələrin daha səmərəli qurulmasına yönəlmiş həllə çıxış edib. Layihənin sosial təsir potensialı və davamlı inkişaf perspektivləri nəzərə alınaraq, komanda münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb.


İkinci yerin sahibi “AEVIC Esports” gənclərin inkişafına və ölkədə esports (kiberidman) ekosisteminin gücləndirilməsinə istiqamətlənmiş yanaşması ilə fərqlənib. Bu layihənin məqsədi yeni istedadların kəşf edilməsi və onların peşəkar və karyera inkişafı, o cümlədən ümumilikdə esports mədəniyyətinin aşılanmasını dəstəkləməkdir.

Son olaraq, “Booker” komandasının irəli sürdüyü layihə bilik və mütaliə resurslarının daha əlçatan və səmərəli şəkildə paylaşılmasını, oxu mədəniyyətinin inkişafını və geniş oxucu icmasını bir araya gətirməyi hədəfləyir. Layihənin cəmiyyətə müsbət sosial təsir potensialı münsiflər heyəti tərəfindən üçüncü yer ilə dəyərləndirilib.

Bununla yanaşı, finalda iştirak edən 9 komandanın bütün üzvləri Bir ekosisteminin müxtəlif bizneslərində təcrübə proqramına qəbul olunublar. Məqsəd yeni texnologiya və innovasiyalara marağı olan gəncləri bir araya gətirmək, onların karyera və inkişafını stimullaşdırmaq, real iş mühitində praktik təcrübə imkanı yaratmaqdır.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir.

Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranın 6 kəndində qaz olmayacaq

Lənkəranın 6 kəndində qaz olmayacaq

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Neftin qiyməti yenidən bahalaşdı

Neftin qiyməti yenidən bahalaşdı

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - VİDEO

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - VİDEO

Vuçiçi hazırda o əvəz edir

Vuçiçi hazırda o əvəz edir

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ucuzdur deyə Azərbaycanda çoxları bu maşınları alır

Ucuzdur deyə Azərbaycanda çoxları bu maşınları alır

Altı il öncə bu gün – 30 sentyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 30 sentyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

İranda silahlı toqquşmalar başladı – VİDEO

İranda silahlı toqquşmalar başladı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

End of content

No more pages to load

RADİO