Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti hələ də ağır olaraq qalır.
Bu barədə Bizim.Media-ya Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.
O qeyd ediB ki, vəziyyətində dəyişiklik olmasa da, həkimlər ümidlidirlər. Hazırda N.Həsənzadənin müalicəsi davam etdirilir.
Xatırladaq ki, N.Həsənzadə ötən gün xəstəxanaya yerləşdirilib. Onun müalicəsi Mərkəzi Klinikada aparılır. 95 yaşlı şair xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə qəbul olunub.
Şəfiqə Şəfa, Bizim.Media