Bakıda II “Türkman irsi” Forumu – Türk Dünyasına ortaq gələcək mesajı – VİDEO

Beynəlxalq Muğam Mərkəzində “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, forumda İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib.

Tədbirin məqsədi türkman irsinin qorunması, ortaq tarixi-mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi olub.

Forumda çıxış edən Livanda “Azərbaycan Evi” nin rəhbəri Xalid İsmayıl bildirib ki, tədbirdə yalnız keçmişimizi xatırlamaq üçün deyil, eyni zamanda ortaq gələcəyimizi müzakirə etmək üçün toplaşmışıq:


“Türkmən irsi təkcə müəyyən bir xalqın mədəni sərvəti deyil, bütövlükdə Türk Dünyasının ortaq yaddaşı, mənəvi xəzinəsi və tarixi mirasıdır. Livan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu bir məkan olub. Bu ölkədə yaşayan türkmən icması da öz kimliyini, dilini, adət-ənənələrini və milli-mənəvi dəyərlərini qorumağı bacarıb. Biz öz köklərimizə bağlı qalmaqla yanaşı, yaşadığımız cəmiyyətin də inkişafına töhfə verməyə çalışırıq”.

Daha sonra çıxış edən Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci isə qeyd edib ki, Türk dünyası yalnız ortaq coğrafiya deyil, ortaq tarix, mədəniyyət, dil əsasında formalaşmış böyük bir sivilizasiya məkanıdır:

“Bu sivilizasiya yalnız öz xalqlarına deyil, bütün bəşəriyyətə sülh, əmin-amanlıq, rifah təqdim edə biləcək böyük bir potensiala malikdir. Biz inanırıq ki, qarşıdakı əsr Türk əsri olacaq. Türk toplumları olaraq sosial, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığımız gücləndirərkən, bəşəriyyətə fayda verəcək daha yaşlı layihələr hazırlamağı, ortaq dəyərlərimizi dünyaya tanıtmağı özümüzə vəzifə hesab edirik”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı– Açıqlama

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı– Açıqlama

Qivami Qazıyev VƏFAT ETDİ

Qivami Qazıyev VƏFAT ETDİ

Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?

Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?

DİQQƏT! Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

DİQQƏT! Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

Bəraət hökmü yalnız bu hallarda çıxarıla bilər - Hakimdən AÇIQLAMA

Bəraət hökmü yalnız bu hallarda çıxarıla bilər - Hakimdən AÇIQLAMA

Avropanı bürüyən “SƏSSİZ QATİL” – Ölənlərin sayı 1300-ü keçdi

Avropanı bürüyən “SƏSSİZ QATİL” – Ölənlərin sayı 1300-ü keçdi

28 kq narkotiklə saxlanılan şəxs həkim imiş... – VİDEO

28 kq narkotiklə saxlanılan şəxs həkim imiş... – VİDEO

Qırğızıstan Prezidenti: “Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur”

Qırğızıstan Prezidenti: “Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur”

Sərnişin daşımalarda mühüm DƏYİŞİKLİK

Sərnişin daşımalarda mühüm DƏYİŞİKLİK

Kredit götürərkən bu məqamlara diqqət edin –VİDEO

Kredit götürərkən bu məqamlara diqqət edin –VİDEO

Nazir komandiri işdən çıxardı - FOTO

Nazir komandiri işdən çıxardı - FOTO

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edildi – VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edildi – VİDEO

Tokayev: “Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur”

Tokayev: “Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur”

Ağcabədidə 24 yaşlı oğlan facivəi şəkildə HƏYATINI İTİRDİ

Ağcabədidə 24 yaşlı oğlan facivəi şəkildə HƏYATINI İTİRDİ

Prezident: “Birinci Türkoloji Qurultayın əksər nümayəndələrini amansız repressiyalara məruz qoydular”

Prezident: “Birinci Türkoloji Qurultayın əksər nümayəndələrini amansız repressiyalara məruz qoydular”

Türk Dünyası yenidən Bakıda toplaşır – VİDEO

Türk Dünyası yenidən Bakıda toplaşır – VİDEO

Şəki Xan Sarayı ilə bağlı tarixi sirlər ortaya çıxdı - FOTO

Şəki Xan Sarayı ilə bağlı tarixi sirlər ortaya çıxdı - FOTO

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

Bakıda ağaclarda dərmanlama işləri aparılır – FOTO

Bakıda ağaclarda dərmanlama işləri aparılır – FOTO

Bakıda II “Türkman irsi” Forumu – Türk Dünyasına ortaq gələcək mesajı – VİDEO

Bakıda II “Türkman irsi” Forumu – Türk Dünyasına ortaq gələcək mesajı – VİDEO

İlham Əliyevdən "Türk Dünyası Həftəsi"nin iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "Türk Dünyası Həftəsi"nin iştirakçılarına MÜRACİƏT

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə HÖKM OXUNDU

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə HÖKM OXUNDU

Azərbaycanlı həkim beynəlxalq seminarda birinci oldu – FOTO

Azərbaycanlı həkim beynəlxalq seminarda birinci oldu – FOTO

End of content

No more pages to load

RADİO