Rusiya rəsmiləri Sibirdə laboratoriya əməkdaşının taun xəstəliyindən öldüyü barədə xəbərlərdən sonra İrkutsk vilayətində xüsusi məhdudiyyətlərin tətbiq edildiyini təkzib ediblər.
Bizim.Media xəbər verir ki, Rospotrebnadzor internetdə yayılan və sanitar-epidemioloji tədbirlərin sərtləşdirilməsini nəzərdə tutan sənədin saxta olduğunu açıqlayıb.
28 yaşlı Darya Şipilovanın taun əleyhinə institutda işlədiyi və pnevmonik tauna yoluxaraq öldüyü barədə xəbərlər narahatlıq yaradıb. Lakin Rusiya rəsmiləri ölümündən sonra aparılan testlərdə xəstəliyin izlərinin aşkar edilmədiyini bildiriblər.
İrkutsk vilayətinin qubernatoru İqor Kobzev ölüm səbəbinin “mənşəyi müəyyən edilməmiş pnevmoniya” olduğunu açıqlayıb.
Onun sözlərinə görə, qadının iş fəaliyyəti ilə əlaqəli mikroorqanizmlər bioloji nümunələrində aşkarlanmayıb və institut əməkdaşları arasında yeni xəstəlik halı qeydə alınmayıb.


Bizim.Media