Məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində Fransadan qayıdarkən hava limanında saxlanılan aktrisa Afra Saraçoğlu xəstəxanada sağlamlıq yoxlamasından, məhkəmə-tibbi ekspertizasından və prokurorluqda prosedurlardan keçdikdən sonra sərbəst buraxılıb.
Bizim.Media bu barədə “haberler.com”a istinadla xəbər verir.
"Afra Saraçoğlu xaricə səfərini başa vurub məhkəmə orqanlarına hesabat verdikdən, məhkəmə tibb institutunda və prokurorluqda prosedurlar başa çatdıqdan sonra sərbəst buraxılıb. Bunu ictimaiyyətə hörmətlə bildiririk", - aktrisanın idarəetmə şirkətinin rəsmi açıqlamasında qeyd edilib.


Bizim.Media