Yaponiyaya güclü tayfun yaxınlaşır. Hakimiyyət orqanları təxminən 2 milyon insanı təxliyə etməyə çağırıb.
Bizim.Media BBC-yə istinadla xəbər verir ki, bu barədə Yaponiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təxliyə barədə sərəncam altı prefekturada - İbaraki, Tiba, Tokio, Kanaqava, Şidzuoka və Saitamada 1 908 645 nəfərə təsir göstərəcək.
Təxliyə məcburi xarakter daşımır, lakin Yaponiya Meteorologiya Agentliyi bəzi bölgələrdə həyat üçün birbaşa təhlükə barədə xəbərdarlıq edib.
“Xahiş edirik, hazırda olduğunuz bələdiyyədə fəlakət riski səviyyəsini yoxlayın və yerli hakimiyyət orqanları rəsmi təxliyə əmrini elan etməzdən əvvəl ərazini tərk edin”, – deyə agentliyin baş sinoptiki Takuya Hosomi çağırış edib. Onun sözlərinə görə, tayfun gözləniləndən daha güclü olub.
Bizim.Media