“Alim Qasımov Baləli ilə də duet oxusun!”

Şair, tərcüməçi Baba Vəziroğlu xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi duetə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Yeni Sabah”a danışan şair duet haqqında fikirlərini bölüşərək layihəni müsbət qiymətləndirib və muğamın müasir musiqi ilə sintezinin vacibliyindən danışıb:
 

“Dueti mən də dinləmişəm və çox həzz almışam. Alimin özünün dediyi kimi, muğamı yavaş-yavaş müasirləşdirmək lazımdır. Alimin zövqü də, dəyəri də sənətkardır və zövqü palatka müğənnilərinin zövqü kimi deyil. Deməli, orada nəsə görüb ki, oxuyub. Üzeyiri də o, axına sala bilib. Hər ikisi də dostumdur. Onlara uğurlar arzulayıram.


Bir dəfə də bu fikri demişdim ki, Üzeyir Hacıbəyov da, Üzeyir Mehdizadə də, Alim Qasımov da, Baləli də bizimkidir. Bir gün Alim Qasımov Baləli ilə də duet oxusa, pis alınmaz. Onsuz da Alim meyxana oxumağa meyillidir. Buna sevinərəm ki, yeni eksperimentlər gedir. Bəxtiyar Vahabzadə demiş, dünya fırlanır. Biz də yerimizdə qalmalı deyilik”.

B.Vəziroğlu qeyd edib ki, tənqid yazanlar arxayın və bekar adamlardır:

“Bir professional kimi deyə bilərəm ki, sözlərdə bir az bayağılıq var. Yəni əsl şair sözləri deyil. Yenə də uğurlu layihədir. Məsələn, musiqini Ramiz Rövşənin sözləri ilə ortaya gətirə bilərdilər. Yenə də olanımıza şükür. Yəqin gələcəkdə bu məqamlar nəzərə alınacaq. Bu yarandısa, düşünürəm ki, davamı bundan da gözəl olacaq.
 

Tənqid yazanlara da biganə yanaşıram. Onlar arxayın və bekar adamlardır. Mən də ciddi bir şeylər paylaşanda belə altından bu cür rəylər yazırlar. Hər şeyə qulp qoymaq da bizim insanların əlamətlərindən biridir. Bekar adamlardan soruşsanız ki, siz bunu necə oxuyardınız?


Cavab verə bilməyəcəklər. Çünki, nə səs, nə də istedad var. Onların əsas peşəsi insanlara qulp qoymaqdan ibarətdir. Onlara da əhəmiyyət vermək lazım deyil. Alim Qasımov demiş, bəyənən sağ olsun, bəyənməyənin də Allah işini avand etsin. Mən də o fikirdəyəm”.

Qeyd edək ki, xalq artisti Alim Qasımov Üzeyir Mehdizadə ilə “Nəyindən narahatsan?” adlı duet oxuyub. Onların bu ifası sosial mediada müzakirələrə və tənqidlərə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pezeşkianın mətbuat heyətinə ABŞ vizası verilmədi

Pezeşkianın mətbuat heyətinə ABŞ vizası verilmədi

Salyanda qəza: Ağır zərbə alan piyada yerindəcə keçindi - VİDEO

Salyanda qəza: Ağır zərbə alan piyada yerindəcə keçindi - VİDEO

Quterreşin Sergey Lavrovla görüşəcəyi TARİX açıqlandı

Quterreşin Sergey Lavrovla görüşəcəyi TARİX açıqlandı

Sabah Bakının bu rayonları işıqsız qalacaq - SİYAHI

Sabah Bakının bu rayonları işıqsız qalacaq - SİYAHI

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi

“Alim Qasımov Baləli ilə də duet oxusun!”

“Alim Qasımov Baləli ilə də duet oxusun!”

Zelenski: “Putinlə üz-üzə oturmaq həyatımın ən yaxşı günü olmayacaq”

Zelenski: “Putinlə üz-üzə oturmaq həyatımın ən yaxşı günü olmayacaq”

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Dizel bahalaşacaq...

Dizel bahalaşacaq...

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

End of content

No more pages to load

RADİO