Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Tahir Gözəl

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bəzi məqamlarda klubdan ayrılmaq istəyib.

Bizim.Media Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir, bunu adıçəkilən komandanın prezidenti Tahir Gözəl deyib.

"Mən həmişə demişəm ki, sabitlik inkişafın qarşısını alan deyil, düzgün idarə olunanda inkişafı sürətləndirən amildir. Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Müasir futbolda bir baş məşqçinin bu qədər uzun müddət eyni klubda fəaliyyət göstərməsi artıq çox nadir hadisədir. Amma burada yalnız müddətə baxmaq düzgün olmaz. Əsas məsələ həmin illər ərzində formalaşan qarşılıqlı etimaddır.

İlk illərdən Qurban Qurbanova inanmışıq. Elə dövrlər də olub ki, nəticələr arzuladığımız kimi getməyib. Futbolda belə mərhələlər qaçılmazdır. Həmin anlarda emosional qərar vermək əvəzinə, görülən işi, qurulan sistemi və bir-birimizə olan inamımızı əsas götürmüşük.
 

Elə məqamlar olub ki, Qurban Qurbanov özü məsuliyyəti üzərinə götürməyə hazır olduğunu və klubdan ayrıla biləcəyini bildirib. Biz isə bir nəticənin və ya uğursuz seriyanın illər ərzində qurulan münasibətləri dağıtmasına imkan verməmişik. Çünki qarşımızdakı insanı yalnız son beş oyunun nəticəsinə görə tanımırdıq. Onun iş prinsipini, xarakterini, kluba münasibətini və hansı məqsədlər üçün çalışdığını bilirdik.


Bu gün "Qarabağ" daxilində yaranmış ailə mühitinin də təməlində bu dayanır. Bu o demək deyil ki, burada tələbkarlıq yoxdur. Əksinə, çox ciddi tələbkarlıq var. Sadəcə həmin tələbkarlığın yanında hörmət və etimad da mövcuddur. Klub rəhbərliyi baş məşqçiyə inanır, baş məşqçi rəhbərliyə inanır. Futbolçular hiss edirlər ki, qərarların arxasında sistem dayanır.

İşçilər bilirlər ki, klub bir günlük emosiyalarla idarə olunmur. Bəzən futbolun ən böyük gücü məhz statistikada görünməyən bu münasibətlər olur. Bunlar heç bir dərslikdə yazılmır, amma böyük klubun qurulmasında çox mühüm rol oynayır", - T.Gözəl qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah Qrenlandiya sazişi imzalanacaq

Sabah Qrenlandiya sazişi imzalanacaq

Bakıda qeyri-adi toy karvanı – VİDEO

Bakıda qeyri-adi toy karvanı – VİDEO

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Tahir Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Tahir Gözəl

Hava limanında saxlanılan Afra Saraçoğlu sərbəst buraxıldı - FOTO

Hava limanında saxlanılan Afra Saraçoğlu sərbəst buraxıldı - FOTO

Bakının bu ərazisində 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı

Bakının bu ərazisində 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı

"Formula-1"lə bağlı mühüm dəyişikliklər

"Formula-1"lə bağlı mühüm dəyişikliklər

"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə TƏDBİR – FOTO

"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə TƏDBİR – FOTO

Valideyn hər il eyni test kitabına niyə pul ödəməlidir? – Deputatdan TƏKLİF

Valideyn hər il eyni test kitabına niyə pul ödəməlidir? – Deputatdan TƏKLİF

Universitetin 3-cü kurs tələbəsi vəfat etdi - FOTO

Universitetin 3-cü kurs tələbəsi vəfat etdi - FOTO

Ceyhun Bayramov Dünya İqtisadi Forumunun xüsusi ziyafətinə qatıldı - FOTO

Ceyhun Bayramov Dünya İqtisadi Forumunun xüsusi ziyafətinə qatıldı - FOTO

Bakıda təmir edilən yol yenidən çökdü – VİDEO

Bakıda təmir edilən yol yenidən çökdü – VİDEO

Yaponiyaya güclü tayfun yaxınlaşır: 2 milyon insan təxliyə olunacaq

Yaponiyaya güclü tayfun yaxınlaşır: 2 milyon insan təxliyə olunacaq

Pezeşkianın mətbuat heyətinə ABŞ vizası verilmədi

Pezeşkianın mətbuat heyətinə ABŞ vizası verilmədi

Salyanda qəza: Ağır zərbə alan piyada yerindəcə keçindi - VİDEO

Salyanda qəza: Ağır zərbə alan piyada yerindəcə keçindi - VİDEO

Quterreşin Sergey Lavrovla görüşəcəyi TARİX açıqlandı

Quterreşin Sergey Lavrovla görüşəcəyi TARİX açıqlandı

Sabah Bakının bu rayonları işıqsız qalacaq - SİYAHI

Sabah Bakının bu rayonları işıqsız qalacaq - SİYAHI

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi

“Alim Qasımov Baləli ilə də duet oxusun!”

“Alim Qasımov Baləli ilə də duet oxusun!”

Zelenski: “Putinlə üz-üzə oturmaq həyatımın ən yaxşı günü olmayacaq”

Zelenski: “Putinlə üz-üzə oturmaq həyatımın ən yaxşı günü olmayacaq”

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Dizel bahalaşacaq...

Dizel bahalaşacaq...

End of content

No more pages to load

RADİO