"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə TƏDBİR – FOTO

Sentyabrın 21-də “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, tədbirdə dövlət rəsmiləri, yerli və xarici şirkətlərin rəhbərləri, neftçilər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə SOCAR və “ART Zone” incəsənət platformasının birgə həyata keçirdiyi “SOCART” layihəsi çərçivəsində Azərbaycanın tanınmış rəssam və fotoqraflarının Neft Daşlarına həsr etdikləri rəsm və fotolardan ibarət sərgi ilə tanış olublar.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şərəfli neftçi peşəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin XX əsrdə Azərbaycanın enerji tarixində ilk uzunmüddətli beynəlxalq neft sazişi olmaqla ölkənin yeni neft strategiyasının təməlini qoyduğunu bildirib.
 

“Prezident İlham Əliyevin həmin strateji kursu yeni dövrün reallıqlarına uyğun davam etdirməsi nəticəsində isə “Əsrin müqaviləsi” 2050-ci ilədək uzadıldı, Azəri-Mərkəzi-Şərqi və AÇG-nin sərbəst qaz layihələri ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Beləliklə, 1994-cü ildə verilmiş tarixi qərarın miqyası bir müqavilənin müddətini də, bir əsrin sərhədlərini də aşdı. AÇG XX əsrdə Azərbaycanın yeni neft tarixini başladan, XXI əsrdə isə yeni layihələr və yeni enerji imkanları ilə inkişafını davam etdirən, iki əsri əhatə edən mühüm strateji enerji layihələrindən birinə çevrildi”, - deyə nazir diqqətə çatdırıb.


İyirmi beş il əvvəl Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə təsis edilən Neftçilər Gününün Azərbaycan neftçilərinin çoxillik zəhmətini və neft-qaz sənayesinin keçdiyi şanlı inkişaf yolunu təcəssüm etdirdiyini söyləyən SOCAR-ın prezidenti Rövşən Nəcəf neftçiləri Dövlət Suverenliyi Günü və peşə bayramı münasibətilə təbrik edib.

Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyasının Azərbaycanın dayanıqlı inkişafındakı rolundan bəhs edən SOCAR-ın prezidenti Rövşən Nəcəf enerji resurslarından əldə edilən gəlirlərin məqsədyönlü şəkildə ölkənin sosial-iqtisadi inkişafına yönəldilməsinin iqtisadiyyatın şaxələndirilməsinə, müasir infrastrukturun, yeni istehsalat sahələrinin yaradılmasına və rəqabətli insan kapitalının formalaşdırılmasına möhkəm zəmin yaratdığını qeyd edib.

Rövşən Nəcəf çıxışında Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən yeni enerji strategiyasına uyğun olaraq SOCAR-ın beynəlxalq enerji şirkəti kimi mövqeyinin daha da gücləndirilməsi, fəaliyyət coğrafiyasının genişləndirilməsi və investisiya portfelinin şaxələndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. SOCAR prezidenti cari ildə “Italiana Petroli” şirkətinin səhmlərinin “API Holding”dən alınması, eləcə də “Baleine” layihəsi üzrə iştirak payının əldə olunması proseslərinin uğurla tamamlandığını deyib.

SOCAR prezidenti, həmçinin Özbəkistanın “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi çərçivəsində genişmiqyaslı seysmik kəşfiyyat və qazma işlərinə başlanıldığını, habelə Özbəkistanda SOCAR brendi altında beş yeni yanacaqdoldurma məntəqəsinin təməlinin qoyulduğunu diqqətə çatdırıb.

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə regional prezidenti Cio Kristofoli çıxış edərək tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü və Neftçilər Günü münasibətilə təbrik edib, bp-nin əməliyyatçısı olduğu nəhəng Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrinin Azərbaycanın aparıcı enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsində oynadığı rolu vurğulayıb. O, bu layihələrin təhlükəsiz və uğurlu icrasında əməyi olan bütün neftçilərə, eləcə də Azərbaycan hökumətinə, SOCAR-a və bütün tərəfdaşlara öz təşəkkürünü bildirib.

Çıxışlardan sonra veteran neftçi Eldar Mehdiyev neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini oxuyub.

Daha sonra “Açıqcalarda yazılan talelər” sənədli filminin tanıtım videoçarxı nümayiş olunub.
Tədbir geniş bədii hissə ilə davam etdirilib.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Tahir Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Tahir Gözəl

Hava limanında saxlanılan Afra Saraçoğlu sərbəst buraxıldı - FOTO

Hava limanında saxlanılan Afra Saraçoğlu sərbəst buraxıldı - FOTO

Bakının bu ərazisində 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı

Bakının bu ərazisində 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı

"Formula-1"lə bağlı mühüm dəyişikliklər

"Formula-1"lə bağlı mühüm dəyişikliklər

"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə TƏDBİR – FOTO

"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə TƏDBİR – FOTO

Valideyn hər il eyni test kitabına niyə pul ödəməlidir? – Deputatdan TƏKLİF

Valideyn hər il eyni test kitabına niyə pul ödəməlidir? – Deputatdan TƏKLİF

Universitetin 3-cü kurs tələbəsi vəfat etdi - FOTO

Universitetin 3-cü kurs tələbəsi vəfat etdi - FOTO

Ceyhun Bayramov Dünya İqtisadi Forumunun xüsusi ziyafətinə qatıldı - FOTO

Ceyhun Bayramov Dünya İqtisadi Forumunun xüsusi ziyafətinə qatıldı - FOTO

Bakıda təmir edilən yol yenidən çökdü – VİDEO

Bakıda təmir edilən yol yenidən çökdü – VİDEO

Yaponiyaya güclü tayfun yaxınlaşır: 2 milyon insan təxliyə olunacaq

Yaponiyaya güclü tayfun yaxınlaşır: 2 milyon insan təxliyə olunacaq

Pezeşkianın mətbuat heyətinə ABŞ vizası verilmədi

Pezeşkianın mətbuat heyətinə ABŞ vizası verilmədi

Salyanda qəza: Ağır zərbə alan piyada yerindəcə keçindi - VİDEO

Salyanda qəza: Ağır zərbə alan piyada yerindəcə keçindi - VİDEO

Quterreşin Sergey Lavrovla görüşəcəyi TARİX açıqlandı

Quterreşin Sergey Lavrovla görüşəcəyi TARİX açıqlandı

Sabah Bakının bu rayonları işıqsız qalacaq - SİYAHI

Sabah Bakının bu rayonları işıqsız qalacaq - SİYAHI

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi

“Alim Qasımov Baləli ilə də duet oxusun!”

“Alim Qasımov Baləli ilə də duet oxusun!”

Zelenski: “Putinlə üz-üzə oturmaq həyatımın ən yaxşı günü olmayacaq”

Zelenski: “Putinlə üz-üzə oturmaq həyatımın ən yaxşı günü olmayacaq”

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan lideri SEÇİLDİ

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Ed Şiranın Fələstinlə bağlı mövqeyi karyerasını bitirir? – Səhnədən qovuldu

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Dizel bahalaşacaq...

Dizel bahalaşacaq...

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

End of content

No more pages to load

RADİO