Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza axşam saatlarında köhnə Ələt–Astara magistralının Alçalı kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Alçalı kənd sakini Hüseynov Nəcəf Qılınc oğlu yolu keçərkən “Audi” markalı avtomobilin zərbəsinə tuş gəlib.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media