Qlobal dizel yanacağı qıtlığının 2027-ci ilə qədər davam edəcəyi ehtimal olunur. Buna səbəb yanacaq ehtiyatlarının tükənməsidir.
Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, bu vəziyyət yanacaq qiymətlərinin daha da artmasına səbəb olacaq və dünya iqtisadiyyatına təzyiqi gücləndirəcək.
Məlumata görə, İran və Ukraynadakı müharibələr dizel yanacağının tədarükünü ciddi şəkildə pozub. Yaxın Şərqdə və Rusiyada milyonlarla barrel yanacağın dövriyyədən kənarda qalması ehtiyatların tarixi minimuma enməsinə, qiymətlərin isə rekord həddə yüksəlməsinə səbəb olub.
Hazırda Rusiya, Monqolustan, Qırğızıstan, Moldova, Fransa və daha onlarla ölkədə dizelin bahalaşması müşahidə olunur.
Bizim.Media