Elon Maskın böyük böhran proqnozu özünü doğruldacaqmı? – İqtisadçıdan TƏSDİQ

“Maliyyə böhranının baş verməsi proqnozunu ilk olaraq Elon Mask verməyib. Daha əvvəl də bir sıra iqtisadçılar oxşar proqnozlar veriblər. Lakin bu proqnozların daha gec reallığa dönüşməsi böhranın miqyasının daha da böyüməsi ilə nəticələnə bilər.”

Bu fikirləri Bizim.Media-ya müsahibəsində iqtisadçı ekspert Elçin Rəşidov bildirib.

Belə ki, nüfuzlu biznesmen Elon Maskın 2022-ci ildə dünyanı gözləyən maliyyə böhranı ilə bağlı xəbərdarlığını şərh edən ekspertin qənaətinə görə, amerikalı iş adamının “peyğəmbərliyi” (proqnozları) əksər hallarda özünü doğruldur:

“Maskın öz-özünü doğruldan peyğəmbərliyi insanlara ciddi təsir edir. Əgər o, hər hansı batmış şirkətin səhmlərinin dəyərinin artacağını desə, əksər iş adamları dərhal həmin hissələri alaraq, şirkəti iflasdan xilas edəcək. Maskın açıqlamasını qeyri-ciddi qəbul etmək də olar. Çünki Teslanın “CEO”su iqtisadçı deyil və böhran proqnozu 1 ilə yaxındır ki, verilir. Bu səbəblərdən ötürü Mask maliyyə böhranını başladan şəxs olmasa belə, katalizator rolunu oynaya bilər”.

Bəs, iqtisadçıların böhran proqnozları verməsinə səbəb nədir?

“İlk növbədə, bütün dünyada pandemiyanın tüğyan etdiyi iki il ərzində iqtisadiyyata ortalama olaraq il ərzində 9 trilyona yaxın pul buraxılıb. Bu isə, dünya ÜDM-nin 10%-nə bərabərdir. Hətta pul buraxmaq ölkələr arasında yarışa da çevrilmişdi. Az pul buraxan ölkələrin iqtisadiyyatları kiçilirdi. Lakin verilən pulların arxasında dəyər dayanmadığı üçün, köpük effekti əmələ gətirdi. 

Maraqlısı budur ki, ev təsərrüfatları da pandemiya səbəbindən, gələn gəlirləri xərcləmək yerinə, səhmlərə yönəltdilər.
 

Xüsusilə də, böyük şirkətlərin səhmləri daha çox “şişdi”. Hətta tarixdə ilk dəfə trilyona çatan şirkətlər də oldu. Amma pandemiya dönəmində, bizneslər əvvəlki kimi çalışmadığından, həmin investisiyaların arxasında gəlir dayanmırdı.


Bütün maliyyə böhranlarına nəzər salsaq onların müxtəlif olduğunu görə bilərik. Lakin hər zaman “qırmızı xətt” eyni idi; qiymətlərin dəyərlərə nəzərən “şişməsi”. Hal-hazırda da bu proses baş verir”.

Vəziyyət 2000-ci il böhranını xatırladır...

“Lakin böhran proqnozunu verən ölkələr də siyasi səbəblərdən pul buraxılmasını dayandıra bilmədilər. Bundan əlavə, ayrı-ayrılıqda hər hansı bir ölkənin çəkilməsi də mümkünsüzdür. Hətta ABŞ Mərkəzi Bankı “FED” belə, təəccüblə qarşılanmasına baxmayaraq, yüksək riskli və faizli səhmlərə yatırım etdi. Bütün bu tip addımların əsas səbəbi isə, pandemiyanın yaxın zamanda yekunlaşması və iqtisadiyyatların normala qayıtması proqnozu üzərində qurulmuşdu.
Lakin indi görünür ki, əvvəlki vaksinlərin effektivliyi get-gedə azalır. Yoluxmaların sayı da yenidən artır. Bu amillər oyunun qaydalarını poza bilər. 
 

İndiki situasiya daha çox, 2000-ci il böhranını xatırladır. Belə ki, bəzi iqtisadçılar kriptovalyutaların həddən artıq şişdiyini bildirirlər. Partlayışın bu sahədə baş verməsi mümkündür.


Yəni, “domino effekti” dedikdə, hansı daşın ilk öncə yıxılıb digərlərini aşıracağı bəlli olmasa da, daşların yıxılmağa hazır vəziyyətə gəldiyi aydın görülür. Hətta vaksinlər effektiv olsa belə, işsizliyə ən böyük səbəb olan servis sektorunun əvvəlki vəziyyətə qayıdacağı inandırıcı görünmür. 

Eyni zamanda, əvvəldə qeyd etdiyimiz Mərkəzi Bankın xilas etdiyi riskli fondlara, bazardakı alıcılar da yatırım etmişdi. Onlar isə, bankrot olmağa hazırdırlar”.

Böhran yaxınlaşır...

“Sonda isə qeyd edək ki, 2022-ci ildə böhranın baş verməsi ehtimalı var. Lakin buna qarşı iqtisadi tədbirlər görülə bilər. Bunun üçün isə, dünyanın müxtəlif bankları birgə hərəkət etməlidirlər. Belə olan halda isə, siyasi konsensusa ehtiyac yaranır. Bu isə, hələlik mövcud deyil...” 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

Bakıda maşın yandı - VİDEO

Bakıda maşın yandı - VİDEO

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

End of content

No more pages to load

RADİO