Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı yeni məhdudiyyətlər paketini razılaşdırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə bir neçə Avropa mediası diplomatik mənbələrə istinadən məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər
“Azadlıq Radiosu”nun jurnalisti Rikard Yozvyakın məlumatına görə, yeni sanksiya siyahısına Rusiya hərbi sənayesi ilə əlaqəli 743 fiziki şəxs və 826 şirkət, Rusiyada keçirilən son Dövlət Duması seçkiləri ilə əlaqədar 77 nəfər, o cümlədən 74 deputat və üç seçki komissiyası üzvü və kimyəvi silahlarla bağlı sanksiyaların tətbiq olunduğu 31 şəxs və 6 şirkət daxil edilib.
Məlumata görə, yeni sanksiya paketi oktyabrın 12-də Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə rəsmi şəkildə təsdiqlənməlidir.
Bizim.Media