Futbol üzrə dünya çempionatında Argentina və İsveçrə yığmaları arasında oyun keçirilib.
Bizim.Media xəbər verir ki, “Kanzas Siti” stadionunda keçirilən 1/4 final mərhələsində Cənubi Amerika təmsilçisi hesabı açıb - 1:0. Oyunun 10-cu dəqiqəsində Aleksis Makallister fərqlənib.
İkinci hissədə İsveçrə yığması hesabı bərabərləşdirib - 1:1. Oyunun 67-ci dəqiqəsində Dan Ndoye fərqlənib.
Oyunun əsas hissəsində qalib müəyyənləşməyib. Ayrılmış əlavə vaxtda, oyunun 112-ci dəqiqəsində Julian Alvarez Argentina yığmasını irəli çıxarıb - 2:1. Daha sonra oyunun 120+1 dəqiqəsində Cənubi Amerika təmsilçisi daha bir qələbə qazanıb - 3:1. Argentina komandasında Lautaro Martines fərqlənib.
Beləliklə, Argentina yarımfinala vəsiqə qazanıb və İngiltərə yığması ilə üz-üzə gələcək.
<iframe width="1337" height="752" src="//www.youtube.com/embed/HD2J-I_-nUQ" title="DÇ-26. 1/4 final | Argentina - İsveçrə | CANLI" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
Bizim.Media