Multimedia
Bu gün 12:08

Böyük Britaniyanın müdafiə naziri Uez Stritinq bildirib ki, Londonun döyüşlərə hazırlaşmaq üçün 1000 gündən bir qədər çox vaxtı var. O, ölkənin kiminlə müharibə aparmağa hazırlaşdığını açıqlamayıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Rəqiblərimizin bizə zərər vurmaq istəyi yeni xəbər deyil. Lakin onların imkanları dəyişib.
2030-cu ilə qədər onların qüvvələrinin və hərbi iqtisadiyyatının gücü hücuma keçmələrinə imkan verə bilər. Beləliklə, müttəfiqlərimizlə birlikdə döyüşməyə və qalib gəlməyə hazır olmaq missiyamızı başa çatdırmaq üçün 1000 gündən bir qədər çox vaxtımız var”, – deyə müdafiə naziri “The Daily Telegraph” qəzetində dərc olunan məqaləsində yazıb.
Bizim.Media