
ABŞ-ın 44-cü prezidenti Barak Obama Donald Trampı nümayişkaranə davranışlarına görə tənqid edib və Ağ Evi İraqın keçmiş prezidenti Səddam Hüseynin restoranına bənzədib.
Bizim.Media xəbər verir ki, Obama hazırkı hakimiyyət nümayəndələrinin vəziyyətin ciddiliyinə uyğun davranmadıqlarını bildirib.
“Bu gün hakimiyyətdə olan insanların vəziyyətin ciddiliyinə nə qədər uyğun gəlməməsi ən çox təəccübləndirir. Onları dəstəkləməkdən daha çox nümayişkaranəlik, güc nümayişi və başqalarını alçaltmaq maraqlandırır”, – deyə Obama bildirib.
O, həmçinin Trampın Ağ Evdə təmir işlərinə həddindən artıq aludə olduğunu deyərək zarafat edib:
“Ağ Ev indi elə görünür ki, sanki Səddam Hüseyn restoran açıb. Hər yerdə qızıl var”.
Bizim.Media