Multimedia
Bu gün 13:04

ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukraynaya səfər edə biləcəyini istisna etməyib.
Bizim.Media xəbər verir ki, jurnalist Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqəsində Melaniya Trampdan onun və Donald Trampın Ukraynaya səfər etməyi planlaşdırıb-planlaşdırmadığını soruşub.
“Baxarıq”, – deyə Melaniya Tramp cavab verib. Bu barədə RBC məlumat yayıb.
Daha əvvəl ABŞ-ın birinci xanımının vasitəçiliyi ilə Moskva və Kiyevin Xerson vilayətinin Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi üçün müvəqqəti atəşkəs barədə razılığa gəldiyi bildirilmişdi.
Bizim.Media