Multimedia
Bu gün 12:08

Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Vayxır kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər - 1986-cı il təvəllüdlü Gülay Abbasova, 2017-ci il təvəllüdlü İsa Nağıyev, 2004-cü il təvəllüdlü Sevinc Hacıyeva, 1985-ci il təvəllüdlü Gülnar Hacıyeva, 1982-ci il təvəllüdlü Namiq Hacıyev və 2003-cü il təvəllüdlü Cəmil Nağıyev xəsarət alıb.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (Report.az)






Bizim.Media