
İtaliyanın hüquq-mühafizə orqanları hökumətin siyasətinə qarşı keçirilən etiraz aksiyalarının 371 iştirakçısını saxlayıblar.
Bizim.Media bu barədə ANSA agentliyinə istinadən xəbər verir.
Polis təhlükəsizlik tədbirləri çərçivəsində 4 200 nəfərin sənədini yoxlayıb. Saxlanılaraq polis bölmələrinə aparılanlar arasında 110 yeniyetmə və 69 xarici vətəndaş var.
Bir həftə əvvəl Fransadakı nümayişlərin təsiri altında başlayan tələbə iğtişaşları artıq daha miqyaslı hərəkata çevrilib.
Yaşayışın və mənzil kirayəsinin baha olmasından narazı olan fəhlələr və gənclər tələbələrə qoşulublar. Oktyabrın 30-na planlaşdırılan ümumi tətilin etiraz dalğasını daha da kəskinləşdirəcəyi gözlənilir.
Qeyd edək ki, analoji proseslər Fransada da müşahidə olunur. Oktyabrın 24-də bütün ölkə üzrə həyat bahalığına qarşı keçirilən kütləvi aksiyalarda 410 min nəfər iştirak edib. Həmin nümayişlər zamanı Fransa hüquq-mühafizə orqanları 1 000-ə yaxın etirazçını saxlayıb.
Bizim.Media