Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO

Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-cı il oktyabrın 22-də Belçikanın paytaxtı Brüsselin məşhur turizm mərkəzlərindən olan tarixi “Place de l’Albertine” meydanında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələrinin növbəti dinc aksiyası keçirilib.

Bizim.Media xəbər verir ki, bu, oktyabrın 20-də Avropa Parlamentinin qarşısında - “Place du Luxembourg” meydanında, oktyabrın 21-də Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi mərkəzi “Schuman” meydanında keçirilmiş aksiyaların davamı olub.

Aksiya çərçivəsində Azərbaycanın itkin düşmüş şəxslərinin fotoşəkilləri, geyimləri və zərflərindən ibarət xüsusi instalyasiya nümayiş etdirilib.

Zərflərdə itkinlərin dilindən yazılmış “Mən sadəcə bir rəqəm deyiləm. Mənim adım var, ailəm var”, “Mən hələ də kiminsə övladıyam. Ailəm nə vaxta qədər gözləməlidir?” kimi təsirli mesajlar yer alıb. Bu məktublar vasitəsilə 30 ildən artıqdır səsi eşidilməyən itkin azərbaycanlılar sanki özləri sükutu pozaraq dünyaya xitab ediblər.
 

İnstalyasiya ilə tanış olan ziyarətçilər itkin ailələrinə dəstək mesajları yazıb, xatirə lentləri bağlayıb və güllər qoyaraq həmrəylik nümayiş etdiriblər.


Ziyarətçilərə Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4010 nəfər azərbaycanlının itkin düşdüyü, onların arasında 71 nəfər uşaq, 288 nəfər qadın və 319 nəfər ahıl şəxsin olduğu bildirilib.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri, itkin-şəhid Abbas Behbudovun bacısı Könül Behbudova Ermənistanın azərbaycanlı itkinlərlə bağlı susqunluğunu qəbuledilməz hesab edib, itkinlərin aqibəti barədə məlumatların Azərbaycan tərəfinə təqdim olunmasını tələb edib.

İtkin düşmüş şəxslər sırasında olan Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova, Səxavət Canıyevin həyat yoldaşı Reyhan Canıyeva, Əhməd Məmmədovun qızı Sevinc Hacıyeva, Şahin Əliyevin anası Mahuru Şahin, Əbülfət Əliyevin həyat yoldaşı Nazanı Əliyeva və Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova da doğmalarının yoxluğunun ailələrində yaratdığı boşluğu və illərdir davam edən qeyri-müəyyənliyi, iztirabı ziyarətçilərlə bölüşüblər.

İtkin ailələrinin beynəlxalq ictimaiyyətə əsas çağırışı dəyişməz qalıb:

“Biz sadəcə yaxınlarımızı xatırlamaq deyil, onların taleyi barədə həqiqəti bilmək istəyirik. Heç bir ailə sonsuza qədər gözləməməlidir!”.
 

Azərbaycanlı itkin ailələri 2026-cı il oktyabrın 21-də Brüsseldə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətində (EEAS) Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouwman və Azərbaycanla əlaqələr üzrə koordinatoru Marco Cardinali ilə keçirdikləri görüşdə də bəyan etdikləri kimi, doğmalarının taleyinə aydınlıq gətirilənədək beynəlxalq səviyyədə aksiyalarını davam etdirəcəklərini bildiriblər.


“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycanın QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində “Yoxluğun sədası” layihəsi üzrə qalibdir.

Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO - foto 1
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO - foto 2
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO - foto 3
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO - foto 4
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO - foto 5
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO - foto 6
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO - foto 7
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO - foto 8
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO - foto 9
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO - foto 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

İrəvandan müharibə çağırışı - Bakıdan şillə kimi CAVAB

İrəvandan müharibə çağırışı - Bakıdan şillə kimi CAVAB

Rusiya ordusu Ukraynanın bir neçə şəhərinə zərbə endirdi - FOTO-VİDEO

Rusiya ordusu Ukraynanın bir neçə şəhərinə zərbə endirdi - FOTO-VİDEO

Obama Trampı tənqid etdi: “Ağ Ev Səddam Hüseynin restoranına bənzəyir” - VİDEO

Obama Trampı tənqid etdi: “Ağ Ev Səddam Hüseynin restoranına bənzəyir” - VİDEO

Belqoroda PUA hücumu: 1 ölü, 10 yaralı var - VİDEO

Belqoroda PUA hücumu: 1 ölü, 10 yaralı var - VİDEO

İran səmasında ABŞ PUA-sı vuruldu

İran səmasında ABŞ PUA-sı vuruldu

Melaniya Tramp Ukraynaya səfər edəcək?

Melaniya Tramp Ukraynaya səfər edəcək?

Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir

Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir

Azərbaycanda universitet müəllim vəfat etdi - FOTO

Azərbaycanda universitet müəllim vəfat etdi - FOTO

İzabel Berune: “Biz buraya gənclərimizi ruhlandırmaq üçün gəlmişik”

İzabel Berune: “Biz buraya gənclərimizi ruhlandırmaq üçün gəlmişik”

Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO

Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə dinc aksiyalar keçirdi - FOTO

"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO

"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO

Naxçıvanda iki avtomobil toqquşdu: 6 yaralı var - FOTO

Naxçıvanda iki avtomobil toqquşdu: 6 yaralı var - FOTO

XİN-dən Qazaxıstan paylaşımı - FOTO

XİN-dən Qazaxıstan paylaşımı - FOTO

“Mossad” agentlərinin bəziləri hələ də Tehranda yaşayır?

“Mossad” agentlərinin bəziləri hələ də Tehranda yaşayır?

Kəlbəcər və Ordubada qar yağıb

Kəlbəcər və Ordubada qar yağıb

İlham Əliyevdən Tokayevə: “Qazaxıstanın uğurlarına sevinirik”

İlham Əliyevdən Tokayevə: “Qazaxıstanın uğurlarına sevinirik”

Britaniya müharibəyə hazırlaşır

Britaniya müharibəyə hazırlaşır

Bakıda bu gün fasilələrlə yağış yağacaq

Bakıda bu gün fasilələrlə yağış yağacaq

Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – VİDEO

Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – VİDEO

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Tayfun bu ölkədə yüzlərlə insana xəsarət yetirdi

Tayfun bu ölkədə yüzlərlə insana xəsarət yetirdi

Bakıda bu komandalara dəstək aksiyası KEÇİRİLDİ - FOTO

Bakıda bu komandalara dəstək aksiyası KEÇİRİLDİ - FOTO

Güləşçilərimiz bu gün dünya çempionatında mübarizə aparacaq

Güləşçilərimiz bu gün dünya çempionatında mübarizə aparacaq

Ər-Riyadda ardıcıl partlayışlar oldu

Ər-Riyadda ardıcıl partlayışlar oldu

End of content

No more pages to load

RADİO