
Gənclərimizin qlobal miqyasda mübarizə aparması bizim üçün böyük qürur mənbəyidir
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək məqsədilə təşkil edilən aksiya zamanı Kanakinin Loyalite adaları İdman Komissiyasının vitse-prezidenti İzabel Berune deyib.
O bildirib ki, kiçik ölkə olmalarına baxmayaraq, gənclərin dünya səviyyəli yarışda mübarizə aparması, digər ölkələrin həmyaşıdları ilə qarşılaşması və özlərini layiqincə təmsil etməsi böyük qürurdur:
"Biz buraya gənclərimizi dəstəkləmək, onlara yoldaşlıq etmək və ruhlandırmaq üçün gəlmişik. Bu cür qlobal miqyaslı turnirlərdə iştirak etmək idmançılarımızın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır".
Bizim.Media