Multimedia
Bu gün 13:04

Rusiyanın Belqorod şəhərinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində bir mülki şəxs həlak olub, daha 10 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə regional operativ qərargah məlumat yayıb.
Yaralılar arasında təcili tibbi yardım əməkdaşı da var. Səkkiz nəfər şəhər xəstəxanalarında müayinə olunur və zəruri tibbi yardım alır. İki qadın isə ambulator müalicəsini davam etdirəcək.
Daha əvvəl şəhərin meri Valentin Demidov mərkəzi ərazilərə kütləvi zərbə endirildiyini və ciddi dağıntıların olduğunu bildirmişdi.
Bizim.Media