Estoniya parlamenti çərşənbə günü insan hüquqları üzrə ombudsman Ülle Madiseni Baltikyanı ölkənin növbəti prezidenti seçib. Bununla da o, əsasən simvolik xarakter daşıyan bu posta sahib olan ikinci qadın olub.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.
51 yaşlı Ülle Madise 2015-ci ildən Estoniyanın insan hüquqları ombudsmanıdır və prezident vəzifəsini növbəti beş il müddətində icra edəcək.
Rusiya ilə həmsərhəd olan 1,4 milyon əhaliyə malik Estoniya NATO və Avropa İttifaqı daxilində Ukraynanın ən güclü dəstəkçilərindən və Moskvanın əsas tənqidçilərindən biridir. Ölkə bu il ÜDM-in 5,4%-ni müdafiəyə ayıraraq hər iki alyansda aparıcı hərbi xərclər edənlərdən birinə çevrilib.
Estoniyada prezident parlament – Riigikogu tərəfindən seçilir. Heç bir rəqib namizəd qeydiyyatdan keçmək üçün kifayət qədər parlament dəstəyi qazana bilmədiyi üçün Madise seçkilərdə tək namizəd olaraq iştirak edib. O, ikinci müddətə namizədliyini irəli sürməyən Alar Karisi əvəz edir.

Bizim.Media