MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş

Azərbaycanda kiberdələduzluğa görə tutulan xanımlardan biri tanınmış həkim imiş.

Bizim.Media xəbər verir ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə edilməsi niyyəti və vətəndaşların aldadılması yolu ilə pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı həyata keçirilən əməliyyat nəticəsində saxlanılan 33 yaşlı Günay Lətifova tanınmış həkim mütəxəssis imiş. O, estetik həkim kimi də məşhurdur.
 

Qeyd edək ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə edilməsi niyyəti və vətəndaşların aldadılması yolu ilə pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı əməliyyat-texniki tədbirlər keçirilib. Nəticədə qeyd edilən qanunsuz əməlləri törətməkdə təqsirli bilinən 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva müəyyən edilərək saxlanılıblar.


Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər müxtəlif süni intellekt proqramlarından istifadə etməklə güzəştli mənzillərin növbədənkənar əldə edilməsini təşkil edə biləcəkləri barədə vətəndaşlarda həqiqətə uyğun olmayan təsəvvür yaradaraq MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayıblar. Daha sonra həmin saxta sənədləri 1000–9000 manat arasında dəyişən məbləğlər müqabilində vətəndaşlara təqdim edərək onların pul vəsaitlərini ələ keçiriblər.

Tədbirlər zamanı Ş.Mirzəyevanın yaşadığı mənzilə baxış keçirilərkən MİDA-nın adından hazırlanmış 472 ədəd saxta güzəştli mənzil alqı-satqısı və ipoteka müqaviləsi aşkarlanaraq maddi sübut kimi götürülüb.
 

Faktlarla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. G.Lətifova və Ş.Mirzəyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşların müəyyən edilməsi, dəymiş maddi ziyanın ümumi məbləğinin hesablanması, həmçinin cinayət işi üzrə bütün halların araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Daxili İşlər Nazirliyi və Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşlara müraciət edərək bildirir ki, güzəştli mənzillərin əldə edilməsi ilə bağlı yalnız rəsmi elektron xidmətlərdən istifadə etsinlər, növbədənkənar mənzil satışı, eləcə də prosesə kənar müdaxilə etməklə üstünlük yaradılması barədə vədlərə inanmasınlar. Vətəndaşlara bu kimi şübhəli təkliflərlə qarşılaşdıqları halda dərhal polisə məlumat vermələri tövsiyə olunur. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ-ni hədələdi: “Tezliklə yeni strategiyamızı görəcəksiniz”

İran ABŞ-ni hədələdi: “Tezliklə yeni strategiyamızı görəcəksiniz”

Azərbaycan-Latviya münasibətləri müzakirə olundu - FOTO

Azərbaycan-Latviya münasibətləri müzakirə olundu - FOTO

Azərbaycanlıların ən çox istifadə etdiyi axtarış sistemi AÇIQLANDI

Azərbaycanlıların ən çox istifadə etdiyi axtarış sistemi AÇIQLANDI

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

Özlərini “həkim-diyetoloq” kimi təqdim edib "arıqlama çayı" satdılar - VİDEO

Özlərini “həkim-diyetoloq” kimi təqdim edib "arıqlama çayı" satdılar - VİDEO

Fransada Mbappeni oğurlamaq istədilər

Fransada Mbappeni oğurlamaq istədilər

Azərbaycanın Latviyadakı yeni səfiri fəaliyyətə başladı - FOTO

Azərbaycanın Latviyadakı yeni səfiri fəaliyyətə başladı - FOTO

Ərdoğan Putinlə S-400 məsələsini müzakirə edib?

Ərdoğan Putinlə S-400 məsələsini müzakirə edib?

Tiktokda nalayiq paylaşımlar edən şəxs HƏBS OLUNDU

Tiktokda nalayiq paylaşımlar edən şəxs HƏBS OLUNDU

İrəvanda erməni-türk biznes-forumu keçiriləcək

İrəvanda erməni-türk biznes-forumu keçiriləcək

Əncirin içində həqiqətən arı var?— Məşhur iddiaya aydınlıq gətirildi

Əncirin içində həqiqətən arı var?— Məşhur iddiaya aydınlıq gətirildi

Ukrayna Aİ-dən "Patriot" raketləri üçün milyardlar istəyib

Ukrayna Aİ-dən "Patriot" raketləri üçün milyardlar istəyib

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq

MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş

MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş

Cənubi Koreyada Rusiyaya avtomobil tədarük edən 4 nəfər TUTULDU

Cənubi Koreyada Rusiyaya avtomobil tədarük edən 4 nəfər TUTULDU

Hacıqabulda çobanın güllələnmiş meyiti tapıldı

Hacıqabulda çobanın güllələnmiş meyiti tapıldı

Ərdoğan: Türkiyənin ŞƏT-ə üzvlüyü Qərblə münasibətlərdən imtina demək deyil

Ərdoğan: Türkiyənin ŞƏT-ə üzvlüyü Qərblə münasibətlərdən imtina demək deyil

Azərbaycan və Ukrayna yeni birgə layihələr HAZIRLAYIR

Azərbaycan və Ukrayna yeni birgə layihələr HAZIRLAYIR

Kiyevdəki atışmaya görə UTX-nin 3 xüsusi təyinatlısı saxlanıldı - FOTO

Kiyevdəki atışmaya görə UTX-nin 3 xüsusi təyinatlısı saxlanıldı - FOTO

Niderland səfirliyi Azərbaycana təşəkkür etdi

Niderland səfirliyi Azərbaycana təşəkkür etdi

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu AÇIQLANDI – RƏSMİ

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu AÇIQLANDI – RƏSMİ

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi UZADILDI

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi UZADILDI

Ekstrasenslərin “Böyük daşqın” XƏBƏRDARLIĞI - 5000 il əvvəlki fəlakət təkrarlanır?

Ekstrasenslərin “Böyük daşqın” XƏBƏRDARLIĞI - 5000 il əvvəlki fəlakət təkrarlanır?

End of content

No more pages to load

RADİO