Hacıqabul rayonunda çobanın meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Udulu kəndində baş verib.
Kənd sakini, 1995-ci il təvəllüdlü İxtiyar Səmədovun evdə güllələnmiş meyiti tapılıb. Onun ov tüfəngindən açılan atəşlə öldüyü müəyyən edilib. Məlumata görə, İ.Səmədov rayon ərazisindəki fermer təsərrüfatlarının birində çoban işləyirmiş.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media