Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi və qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev Ukraynanın iqtisadiyyat və ətraf mühit naziri Aleksandr Kravçenko ilə keçirdiyi görüşün yekunlarına əsasən bildirib.
Səbirli və sıx əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu vurğulayan tərəflər ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsi istiqamətində addımları nəzərdən keçiriblər.
Bizim.Media