Dövlət İstintaq Bürosu (DİB) Kiyevdə baş vermiş atışma ilə əlaqədar Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) üç xüsusi təyinatlısını saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, DİB UTX-nin-nun Baş Əks-Kəşfiyyat Departamentinin döyüşçüləri ilə atışmada iştirak edən üç xüsusi təyinatlısını saxlayıb.
Ukrayna Baş Kəşfiyyat İdarəsindəki mənbənin bildirdiyinə görə, idarələr arasındakı münaqişənin kökləri Prezident Ofisinin rəhbəri Kirill Budanov və UTX rəhbərinin səlahiyyətlərini icra edən Aleksandr Poklad arasındakı şəxsi düşmənliyə gedib çıxır.
Atışmadan sonra rəhbər Kirill Budanov Volodimir Zelenskiyə müraciət edərək UTX-nin Baş Əks-Kəşfiyyat Departamentinin agentlərinə təzyiqlərinə son qoyulmasını tələb edib. Bununla belə, o, insidentin ədalətli şəkildə araşdırılmasına çağırış edib.


Bizim.Media