Sabunçu rayonunda avtomobildən 78 min manat pul vəsaitini oğurlayan şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı T.Nəzərov saxlanılıb.
Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə evlərin birindən elektrik naqilləri və 730 manat dəyərində su nasosu oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı K.Qasımov da müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bizim.Media