Ekspertdən isti-soyuq hava keçidi ilə bağlı XƏBƏRDARLIQ

“İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova açıqlayıb.

Onun sözlərinə görə, soyuq hava damarları daraldaraq qan təzyiqini qəfil qaldırır və infarkt riskini artırır:

“Soyuq və rütubətli hava nəfəs yollarının spazmına və boğulma tutmalarına yol açır. Beləliklə də tənəffüs sisteminin xroniki xəstəlikləri kəskinləşir. Yaşlılar və körpələrdə bədənin temperatur tənzimləmə (termorequlyasiya) sistemi zəif işləyir. Buna görə də hava temperaturunun kəskin dəyişməsi bu qrup insanlar üçün daha təhlükəli hesab edilir”.

G. İsmayılova qeyd edib ki, meteohəssas insanlar üçün də hava temperaturunun dəyişməsi təhlükəli ola bilər:

“Atmosfer təzyiqi və temperatur dəyişəndə onlar şiddətli miqren, oynaq ağrıları və halsızlıq yaşayırlar. İmmuniteti zəif olanlar da ehtiyatlı olmalıdırlar. Kəskin keçidlər orqanizmin müqavimətini zəiflədərək virus infeksiyalarına (qrip, soyuqdəymə) zəmin yaradır”.

Terapevt bildirib ki, insan sağlamlığının hava dəyişikliklərinə reaksiyası və ümumi dözümlülüyü əsasən dörd mühüm faktordan asılıdır:

“Əsas faktorlardan biri bioloji və genetik faktordur. Yaş, cins və xroniki xəstəliklərin olması bədənin adaptasiya gücünü birbaşa təyin edir. Həyat tərzi və vərdişlər də çox önəmlidir. Aktiv hərəkət, zərərli vərdişlərdən (tütün, spirtli içki) uzaq olmaq və balanslı qidalanma immuniteti gücləndirir. Psixoloji və emosional vəziyyətin də orqanizmin hava dəyişikliklərinə reaksiyası və ümumi dözümlülüyündə rolu böyükdür. Stress və yuxusuzluq sinir sistemini zəiflədir və havanın mənfi təsirlərinə qarşı bədəni müdafiəsiz qoyur. Yaşadığınız yerin rütubət dərəcəsi, havanın çirklilik səviyyəsi və ani atmosfer təzyiqi dəyişmələri də bədənə birbaşa təsir edir”. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əncirin içində həqiqətən arı var?— Məşhur iddiaya aydınlıq gətirildi

Əncirin içində həqiqətən arı var?— Məşhur iddiaya aydınlıq gətirildi

Ukrayna Aİ-dən "Patriot" raketləri üçün milyardlar istəyib

Ukrayna Aİ-dən "Patriot" raketləri üçün milyardlar istəyib

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq

MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş

MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş

Cənubi Koreyada Rusiyaya avtomobil tədarük edən 4 nəfər TUTULDU

Cənubi Koreyada Rusiyaya avtomobil tədarük edən 4 nəfər TUTULDU

Hacıqabulda çobanın güllələnmiş meyiti tapıldı

Hacıqabulda çobanın güllələnmiş meyiti tapıldı

Ərdoğan: Türkiyənin ŞƏT-ə üzvlüyü Qərblə münasibətlərdən imtina demək deyil

Ərdoğan: Türkiyənin ŞƏT-ə üzvlüyü Qərblə münasibətlərdən imtina demək deyil

Azərbaycan və Ukrayna yeni birgə layihələr HAZIRLAYIR

Azərbaycan və Ukrayna yeni birgə layihələr HAZIRLAYIR

Kiyevdəki atışmaya görə UTX-nin 3 xüsusi təyinatlısı saxlanıldı - FOTO

Kiyevdəki atışmaya görə UTX-nin 3 xüsusi təyinatlısı saxlanıldı - FOTO

Niderland səfirliyi Azərbaycana təşəkkür etdi

Niderland səfirliyi Azərbaycana təşəkkür etdi

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu AÇIQLANDI – RƏSMİ

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu AÇIQLANDI – RƏSMİ

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi UZADILDI

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi UZADILDI

Ekstrasenslərin “Böyük daşqın” XƏBƏRDARLIĞI - 5000 il əvvəlki fəlakət təkrarlanır?

Ekstrasenslərin “Böyük daşqın” XƏBƏRDARLIĞI - 5000 il əvvəlki fəlakət təkrarlanır?

Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə etdi – FOTO

Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə etdi – FOTO

Bakıda 5 müntəzəm marşrut "brutto müqavilə" sisteminə QOŞULDU

Bakıda 5 müntəzəm marşrut "brutto müqavilə" sisteminə QOŞULDU

Ramiz Mehdiyev nə qədər rüşvət alıb?

Ramiz Mehdiyev nə qədər rüşvət alıb?

Ülle Madise Estoniyanın yeni prezidenti seçildi - FOTO

Ülle Madise Estoniyanın yeni prezidenti seçildi - FOTO

Ekspertdən isti-soyuq hava keçidi ilə bağlı XƏBƏRDARLIQ

Ekspertdən isti-soyuq hava keçidi ilə bağlı XƏBƏRDARLIQ

Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım - Video

Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım - Video

Qərb Rusiyanı təcrid edə bilməyib – “Foreign Policy”

Qərb Rusiyanı təcrid edə bilməyib – “Foreign Policy”

Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri AÇIQLANDI

Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri AÇIQLANDI

Ev şəraitində pulsuz gübrə hazırlamağın sadə üsulu

Ev şəraitində pulsuz gübrə hazırlamağın sadə üsulu

Avtomobildən 78 min manat oğurlayan şəxs TUTULDU

Avtomobildən 78 min manat oğurlayan şəxs TUTULDU

End of content

No more pages to load

RADİO