Açarı götür, birbaşa köç – qonşu ölkədə mənzillər artıq bu üsulla satılır

Rusiyanın iri şəhərlərində ikinci əl mənzil satanlar evdəki mebel və məişət texnikasını yeni sahibinə saxlamağa daha çox üstünlük verməyə başlayıblar.

Bizim.Media xəbər verir ki, 2026-cı ilin mayında əhalisi bir milyondan çox olan şəhərlərdə ikinci əl mənzil satışı elanlarının 20,5 faizində evin mebellə birlikdə satıldığı göstərilib.

Ən yüksək göstərici Yekaterinburqda qeydə alınıb – 44,4 faiz. Nijni Novqorodda bu rəqəm 33,5, Rostov-na-Donuda isə 31,1 faiz təşkil edib. Ən aşağı göstəricilər Krasnodarda – 7 faiz, Voronejdə – 7,7 faiz və Samarada – 11,3 faiz olub.

Moskvada bu göstərici 26,2 faiz, Sankt-Peterburqda isə 27 faiz təşkil edir.
 

Ekspertlər bildirirlər ki, əslində mebellə birlikdə satılan mənzillərin sayı rəsmi elan statistikasında görünəndən xeyli çox ola bilər. Elanların 12,5 faizində mənzilin mebelsiz olduğu xüsusi qeyd edilir, təxminən üçdə ikisində isə bu barədə ümumiyyətlə məlumat verilmir. Mütəxəssislər bazarda mebellə satılan mənzillərin real payını təxminən 60 faiz qiymətləndirirlər.


Bu tendensiyanın güclənməsinə əvvəllər kirayəyə verilən mənzillərin satış bazarına çıxarılması, həmçinin təmir, mebel və məişət texnikasının bahalaşması təsir göstərir.

Mebelli mənzil alıcıya sövdələşmədən sonra əlavə xərcləri azaltmağa və birbaşa evə köçməyə imkan verir. Bu, xüsusilə uşaqlı ailələr, başqa regionlardan gələnlər və mənzili kirayəyə vermək məqsədilə alan investorlar üçün əlverişli hesab olunur.

Bununla belə, mebelin olması avtomatik olaraq mənzilin daha baha satılması demək deyil. Müasir interyer, quraşdırılmış mətbəx, məişət texnikası və saxlama sistemləri satışı sürətləndirə və qiyməti mebelsiz analoji mənzillərlə müqayisədə 3–7 faiz artıra bilər. Köhnəlmiş və həddindən artıq əşya ilə doldurulmuş mənzil isə əksinə, qiymətin aşağı salınması üçün bazarlıq predmetinə çevrilə bilər. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Messi rekordunu yeniləyə bilər

Messi rekordunu yeniləyə bilər

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

“Real” Kurtua ilə RAZILAŞDI

“Real” Kurtua ilə RAZILAŞDI

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

Dünyanı xilas etmək üçün danışıqlar uğursuz oldu – Alimlərdən EKSPERİMENT

Dünyanı xilas etmək üçün danışıqlar uğursuz oldu – Alimlərdən EKSPERİMENT

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

Zelenski seçkilərin keçirilməsi üçün 60 gün vaxt İSTƏDİ

Zelenski seçkilərin keçirilməsi üçün 60 gün vaxt İSTƏDİ

Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır – Müəmmalı məqamlar var

Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır – Müəmmalı məqamlar var

Sərnişinlərin NƏZƏRİNƏ: Futbola görə 18 marşrutun hərəkəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Futbola görə 18 marşrutun hərəkəti dəyişdiriləcək

End of content

No more pages to load

RADİO