İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-də dünya gündəmini ABŞ-İran qarşıdurması, təbii fəlakətlər və regionda baş verən digər fövqəladə hadisələr zəbt edib.

Bizim.Media xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran tərəfindən Hörmüz boğazında Kiprə məxsus ticarət gəmisinə ("M/V GFS Galaxy") edilən hücuma cavab olaraq, son bir həftədə üçüncü dəfə İrana qarşı aviazərbələr endirdiyini açıqlayıb.

Hücum nəticəsində gəmi ciddi ziyan görüb, bir heyət üzvü itkin düşüb. ABŞ Müdafiə Naziri Pete Hegset İranın "səhv seçim etdiyini və artıq bunun əvəzini ödəməyə başladığını" bəyan edib.

Öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəmiyə "xəbərdarlıq atəşi" açıldığını iddia edib. SEPAH Hörmüz boğazının ABŞ-nin bölgəyə müdaxiləsi dayandırılana qədər qapalı elan edildiyini bildirib və yeni zərbələr olacağı təqdirdə ABŞ-nin bölgədəki hərbi obyektlərinin "ən sərt şəkildə" hədəf alınacağı ilə hədələyib. Bu bəyanatdan sonra Bəhreyn, Qətər, BƏƏ, Küveyt və İordaniyada hava hücumu xəbərdarlıq sistemləri aktivləşdirilib.

Aviasiyada fövqəladə vəziyyət

"British Airways" şirkətinin London-Tokio reysini yerinə yetirən "Boeing 787-9 Dreamliner" təyyarəsi texniki nasazlıq səbəbindən Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib. Ekipaj havada fövqəladə vəziyyət siqnalı verərək kursu dəyişib; təyyarə Bakıda uğurla eniş edib.

Dünyadan digər xəbərlər:

Kanada: Toronto festivalı zamanı naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb. Polis şübhəlinin axtarışını davam etdirir.

Suriya: Deyr-əz-Zor şəhərində bərənin körpü ilə toqquşması nəticəsində gəmi batıb. İlkin məlumata görə, iki uşaq həlak olub, xilasetmə əməliyyatları davam edir.

Təbii fəlakətlər: "Bavi" tayfunu Çin, Tayvan və Yaponiyada ciddi fəsadlar törədib. Çində 2 milyona yaxın insan təxliyə edilib, minlərlə reys təxirə salınıb. Yaponiya və Tayvanda isə elektrik enerjisinin verilməsində kəsilmələr və çoxsaylı xəsarət alanlar var.

Ukrayna və Rusiya: Xarkovda Rusiya hücumu nəticəsində 20-dən çox yaşayış binası zərər görüb, 3 nəfər xəsarət alıb. Dnepr şəhərində isə qida sənayesi müəssisəsinə zərbə endirilib. Eyni zamanda, Rusiyanın Sızran şəhərində neft emalı zavoduna PUA hücumu barədə məlumatlar yayılıb.

Diplomatik proses: ABŞ hərbi nümayəndə heyəti Livan ordusunun komandanı ilə görüşərək, İsrail qüvvələrinin Livandan çıxarılması və bölgənin Livan ordusunun nəzarətinə verilməsi mexanizmini müzakirə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 494 Ukrayna PUA-sı məhv edilib

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 494 Ukrayna PUA-sı məhv edilib

Nepalda sel basmış evin damından yeniyetmə belə xilas edildi - VİDEO

Nepalda sel basmış evin damından yeniyetmə belə xilas edildi - VİDEO

Avtobus qəzasında xəsarət alanların sayı 38-ə çatdı - FOTO

Avtobus qəzasında xəsarət alanların sayı 38-ə çatdı - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

Kiyev yaxınlığında sursat anbarında baş verən partlayışın daha bir VİDEOSU yayıldı

Kiyev yaxınlığında sursat anbarında baş verən partlayışın daha bir VİDEOSU yayıldı

Leninqrad vilayətində neft emalı zavodu yanır - VİDEO

Leninqrad vilayətində neft emalı zavodu yanır - VİDEO

Süni intellektin istifadəçilərin nəzarətindən çıxması halları çoxalıb

Süni intellektin istifadəçilərin nəzarətindən çıxması halları çoxalıb

Yoxsulluq beynin həcmini azaldır, orqanizmin qocalmasını sürətləndirir - FOTO

Yoxsulluq beynin həcmini azaldır, orqanizmin qocalmasını sürətləndirir - FOTO

Finlandiya prezidenti: “Rusiyanın nə vaxtsa NATO-ya hücum etmək istəyəcəyinə inanmıram” - VİDEO

Finlandiya prezidenti: “Rusiyanın nə vaxtsa NATO-ya hücum etmək istəyəcəyinə inanmıram” - VİDEO

Ağrı dağında Nuhun gəmisinin qalıqları tapılıb? - FOTO

Ağrı dağında Nuhun gəmisinin qalıqları tapılıb? - FOTO

ABŞ hərbi məhkəməsindən 11 sentyabr terror aktları ilə bağlı AÇIQLAMA

ABŞ hərbi məhkəməsindən 11 sentyabr terror aktları ilə bağlı AÇIQLAMA

Ukrayna Krasnodar vilayətində hərbi aerodroma zərbə endirdi - VİDEO

Ukrayna Krasnodar vilayətində hərbi aerodroma zərbə endirdi - VİDEO

Qaxda meyvə yığan Şəki sakinini ilan sancdı - ÖZƏL

Qaxda meyvə yığan Şəki sakinini ilan sancdı - ÖZƏL

Onlar Moskvada görüşəcək?

Onlar Moskvada görüşəcək?

Tibetdə 261 əcnəbi itkin düşüb

Tibetdə 261 əcnəbi itkin düşüb

Bu gün "Zirə" "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Bu gün "Zirə" "Neftçi"ni sınağa ÇƏKƏCƏK

Donetskdə ukraynalı hərbi əsirlərə işgəncə verən rəis müavininin avtomobili partladıldı - VİDEO

Donetskdə ukraynalı hərbi əsirlərə işgəncə verən rəis müavininin avtomobili partladıldı - VİDEO

Rusiyanın yeni raketləri Ukraynanın Qara dəniz limanlarını faktiki olaraq bloklayıb - FOTO

Rusiyanın yeni raketləri Ukraynanın Qara dəniz limanlarını faktiki olaraq bloklayıb - FOTO

Messinin “İnter Mayami”nin heyətində ilk pokeri - VİDEO

Messinin “İnter Mayami”nin heyətində ilk pokeri - VİDEO

End of content

No more pages to load

RADİO