ABŞ-ın Florida ştatının Mayami şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi Mamayi-Deyd dairəsinin rəhbəri Daniela-Livayn Kavaya istinadən yayıb.
Onun sözlərinə görə, hazırda axtarış və xilasetmə işləri davam etdirilir:
“Ölənlərin sayı 5 nəfərə çatıb. Biz indiyə qədər 156 nəfərin taleyi barədə heç nə bilmirik”.
Bizim.Media