Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, mərasim Beynəlxalq Muğam Mərkəzində baş tutur.
Vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xalq şairinin nəşi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib. (Oxu.az)







Bizim.Media