Özünü "Canlı Nostradamus" adlandıran braziliyalı Atos Salome növbəti böyük beynəlxalq qarşıdurmanın Arktikada başlaya biləcəyini iddia edib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, buzlaqların əriməsi yeni dəniz marşrutları və təbii sərvətlərə çıxış yaratdığından bölgədə Rusiya ilə NATO arasında gərginlik artır.
Salome həmçinin Tayvan ətrafında gərginliyin davam edəcəyini, kiberhücumların, yoluxucu xəstəliklərin və iqlim dəyişikliklərinin təsirlərinin güclənəcəyini proqnozlaşdırıb.
O bildirib ki, bu fikirlər dəqiq öncəgörmə deyil, simvollar və tarixi proseslərə əsaslanan şəxsi şərhləridir.
Bizim.Media