Rusiya Ermənistanla dostluq münasibətlərinin qorunub saxlanılmasında maraqlıdır.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında daimi nümayəndəsi Viktor Vasilyev RIA Novosti agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, təkcə Rusiya deyil, KTMT-yə üzv digər ölkələr də Ermənistanla münasibətlərin inkişafında maraqlıdır.
Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu açıqlayıb.
Bizim.Media