Avstraliyanın Kiama şəhərində təmir zamanı köhnə evin hörülmüş kaminindən təxminən 150 il əvvəl götürülmüş kitabxana kitabı tapılıb.
Bizim.Media xəbər verir ki, 1858-ci ildə nəşr olunan "Antiquities of Athens" ("Afina qədimlikləri") adlı kitab şəhər kitabxanasının 1872-ci ildə yaradılmış ilk fonduna aid olub.
Kitabın vaxtında qaytarılmamasına görə hesablanan cərimənin bu günün məzənnəsi ilə təxminən 28 min Avstraliya dolları təşkil edəcəyi bildirilsə də, həmin dövrün qeydiyyat sənədləri qorunmadığından cərimənin kimdən alınacağı məlum deyil.
Tapılan nadir nəşr bundan sonra kitabxananın tarixi kolleksiyasında saxlanılacaq.

Bizim.Media