Ermənistan Rusiya bazarını itirəcəyi təqdirdə ərik ixracından əldə etdiyi gəlirlərin 80%-dən çoxunu itirmək riski ilə üzləşə bilər.
Bizim.Media xəbər verir ki, RIA Novosti milli statistika qurumlarının məlumatlarına əsaslanaraq bildirib ki, 2025-ci ildə Ermənistan ərik ixracından 12,2 milyon dollar gəlir əldə edib.
Bunun 10,3 milyon dolları və ya 83,9 faizi Rusiyaya ixracın payına düşüb.
Qeyd edək ki, bu ilin iyun ayında Rusiyanın Rosselxoznadzor qurumu Ermənistandan gətirilən çəyirdəkli meyvələrin, o cümlədən əriklərin idxalına məhdudiyyət tətbiq edib.
Bizim.Media