Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Rusiyanın Samara vilayətində yerləşən Wildberries şirkətinin anbarına hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Fedorişşev məlumat verib.
Şirkətin açıqlamasına görə, hücum nəticəsində anbarda yanğın baş verib, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.
Bildirilib ki, logistika prosesləri operativ şəkildə digər obyektlərə yönləndirilib və sifarişlərin qəbulu ilə çatdırılması davam etdirilir.
Bizim.Media