Astroloqlara görə, hər ünsürə aid bürclərin özünəməxsus xüsusiyyətləri var və məhz bu cəhətlər onların üstünlüyünə çevrilə bilər.
Bizim.Media xəbər verir ki, od ünsürünə aid Qoç, Şir və Oxatan cəsarət və təşəbbüskarlığı ilə seçilir.
Hava ünsürünün Əkizlər, Tərəzi və Dolça bürcləri insanları bir araya gətirmək və güclü əlaqələr qurmaq bacarığına malikdir.
Torpaq ünsürünə aid Buğa, Qız və Oğlaq isə praqmatik düşüncə, nizam-intizam və sabitliyi ilə fərqlənir.
Xərçəng, Əqrəb və Balıq bürclərini təmsil edən su ünsürünün nümayəndələri isə güclü intuisiya, həssaslıq və emosional dərinlik sayəsində çətinlikləri həyat təcrübəsinə çevirə bilirlər.
Mütəxəssislər hesab edirlər ki, hər bir bürc özünəməxsus xüsusiyyətlərini zəiflik kimi deyil, uğura aparan üstünlük kimi dəyərləndirməlidir.
Bizim.Media