Məşhur amerikalı müğənni Ariana Qrande yeni "Petal" albomunun eyniadlı mahnısına çəkilmiş klipi təqdim edib.
Bizim.Media xəbər verir ki, simvolik məzmunlu klipdə müğənni dinləmələr zamanı davamlı tənqid və rədd cavabları ilə üzləşən aktrisanı canlandırır.
Finalda isə o, tənqidçilərinə qarşı sərt şəkildə etirazını nümayiş etdirir.
Qeyd edək ki, "Petal" Ariana Qrandenin 12 mahnıdan ibarət səkkizinci studiya albomunun əsas sinqlıdır.
Bizim.Media