Rusiyanın Amur vilayət məhkəməsi Moskvanın “Respect-SM” inşaat şirkətinin baş direktoru Alik Aleksanyanın 22 avqust tarixinə qədər həbs olunmasına qərar verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
Mənbə yazır ki, o, Vostoçnı kosmodromunda tikinti-quraşdırma işləri apararkən təxminən 60 milyon rubl məbləğində fırıldaqçılıqda günahlandırılır.
Həbsdən əvvəl dindirmə zamanı iş adamı günahsız olduğunu və istintaqın ona qarşı irəli sürdüyü milyonlarla dollarlıq ittihamın absurdluğunu bildirib.
Bizim.Media