Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçillin (1874-1965) çəkdiyi rəsm əsəri Nyu-Yorkda hərraca çıxarılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə “Phillips” auksion evinin saytında məlumat dərc olunub.
Məlumata görə, rəsm əsəri auksionda 1,8 milyon ABŞ dollarına satılıb.
Bildirilib ki, rəsm əsəri 1921-ci ilin yayında çəkilib. Şəkildə ingilis şəhərciyinin yaxınlığındakı meşə və xəndək təsvir olunub.
Rəsm əsəri əvvəllər yunan iş adamı Aristotel Onassisin (1906-1975) kolleksiyasında saxlanılırmış.
Bizim.Media
